Şuşa-Xankəndi yolunda hazırda vəziyyət nə yerdədir? - CANLI

Şuşa-Xankəndi yolunda hazırda vəziyyət nə yerdədir? - CANLI
SOSİAL
09:59 14.12.2022
170
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək üçün gedən ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda etiraz aksiyası davam edir.

AZXEBER.COM-un məlumatına görə, hazırda etiraz aksiyası iştirakçılarının sayı artmaqda davam edir.

Aksiya iştirakçıları Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə bağlı şüarlar səsləndirirlər. 

Etiraz aksiyası keçirən azərbaycanlı aktivist və QHT nümayəndələri bu axşam ərazidə quraşdırılan çadırlarda gecələyiblər.

İştirakçılar hələ də Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov əraziyə gələnə qədər etirazlarını davam etdirəcəklərini bildirirlər.

Hadisə yerindən ən son məlumatı təqdim edirik:

Ayşən
OXŞAR XƏBƏRLƏR