Şuşa-Xankəndi yolundakı aksiyada yeni tələblər irəli sürüldü: Ekoloji aksiya siyasiləşir?

Şuşa-Xankəndi yolundakı aksiyada yeni tələblər irəli sürüldü: Ekoloji aksiya siyasiləşir?
SİYASƏT
14:58 16.12.2022
281
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqları, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəalların və QHT təmsilçilərinin Laçın yolunda keçirdiyi aksiya artıq beş gündür davam edir.

Aksiya iştirakçıları hər nə qədər tələblərində prinsipiallıq göstərsə də Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov əraziyə gəlməyib. Aksiya iştirakçılarının tələbləri də yerinə yetirilməyib.

Aksiya iştirakçıları artıq yeni tələblər səsləndirməyə başlayıb:

1. Qarabağ ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlılarının nəzarətində olan yerlərə sülhməramlılarla yanaşı, Azərbaycanın dövlət qurumları da nəzarət etməlidir.

2. Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında Azərbaycanın bütün dövlət strukturlarının, o cümlədən Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin nəzarəti bərpa edilsin.

3. Laçın istiqamətində Ermənistanla sərhəddə Azərbaycan Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin ayrıca postları yaradılsın.

4. Arutyunyan-Vardanyan cütlüyü Qarabağı tərk etməlidir.
 
Bəs bu tələblərin hamısı reallaşacaq?
 
Mövzu ilə bağlı politoloq Turan Rzayev AZXEBER.COM-a danışıb.
 
Siyasi şərhçi deyib:
 
"Prinsip etibarilə aksiya iştirakçılarının yeni tələbləri 44 günlük müharibə sonrası Azərbaycan xalqının tez-tez dilə gətirdiyi əsas tələblərdir. Məhz aksiyaların beşinci günü bu tələblərin səslənməsi onu deməyə əsas verir ki, Azərbaycan xalqının tələbləri artıq praktiki mərhələyə keçir:

Tələblərdən çıxan nəticə isə belədir:

Birincisi, Bakının səbir kasası daşır. Buna görə də həm Kremlə, həm də sülhməramlılara qətiyyətli mövqeyini nümayiş etdirmək üçün tələblər xalq səviyyəsində çatdırılır. Yəni xalqın iradəsi həlledici amil rolunu oynayır mesajı verilir.

İkincisi, tələblərin artması aksiya iştirakçılarının sayının artması fonunda diqqət çəkir. Bakı bununla baş verə biləcək insidentin məsuliyyətini daşımayacağı mesajını verir. Sülhməramlıların sayının artması da aksiya gedişatında gərgin anlara şahid ola biləcəyimiz versiyalarını aktuallaşdırır.

Üçüncüsü, aksiya iştirakçılarının tələbləri həm də onu deməyə əsas verir ki, Bakı sülhməramlıların nə isə edəcəyinə inanmır və buna görə də ərazidə Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin nəzarəti bərpa etmək istəyir".

Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nüşabə Ələsgərli ilk dəfə nəvəsini göstərdi - FOTO
18:25 17.03.2025
Nüşabə Ələsgərli ilk dəfə nəvəsini göstərdi - FOTO
Yardımlıda təcili tibbi yardım çağırışa gəlmir? - TƏBİB-dən açıqlama
18:18 17.03.2025
Yardımlıda təcili tibbi yardım çağırışa gəlmir? - TƏBİB-dən açıqlama
"Çelsi" yayda 7-8 futbolçu ilə yollarını ayırmaq istəyir
18:14 17.03.2025
"Çelsi" yayda 7-8 futbolçu ilə yollarını ayırmaq istəyir
"Rusiya ilə münaqişənin dondurulması deyil, müvəqqəti atəşkəs müzakirə olunur"
18:05 17.03.2025
"Rusiya ilə münaqişənin dondurulması deyil, müvəqqəti atəşkəs müzakirə olunur"
Qazaxıstan və Özbəkistan 2030-cu ilə qədər ticarət dövriyyəsini 10 milyard dollara çatdırmağı planlaşdırıb
17:49 17.03.2025
Qazaxıstan və Özbəkistan 2030-cu ilə qədər ticarət dövriyyəsini 10 milyard dollara çatdırmağı planlaşdırıb
Ombudsman vətəndaşları qəbul edib - FOTOLAR
17:41 17.03.2025
Ombudsman vətəndaşları qəbul edib - FOTOLAR
Kişilərin beyni hər axşam saat 8-də kiçilir
17:39 17.03.2025
Kişilərin beyni hər axşam saat 8-də kiçilir
Talıb Talenin ailəsində ağır itki
17:35 17.03.2025
Talıb Talenin ailəsində ağır itki
Kremldə Putin və Rəhmon arasında məhdud tərkibdə danışıqlar başlayıb
17:26 17.03.2025
Kremldə Putin və Rəhmon arasında məhdud tərkibdə danışıqlar başlayıb
Dövlət orqanlarında 513 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb
17:19 17.03.2025
Dövlət orqanlarında 513 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb
DİN əməkdaşlarının maaşlarının məbləği yeni redaksiyada təsdiqlənib
17:18 17.03.2025
DİN əməkdaşlarının maaşlarının məbləği yeni redaksiyada təsdiqlənib
Növbəti illərdə rus bölməsi üçün Azərbaycan dili imtahanı onlayn formada keçiriləcək
17:16 17.03.2025
Növbəti illərdə rus bölməsi üçün Azərbaycan dili imtahanı onlayn formada keçiriləcək
Macarıstanın Müqəddəs Tacı başqa yerə köçürüləcək
17:15 17.03.2025
Macarıstanın Müqəddəs Tacı başqa yerə köçürüləcək
Donald Tramp Cozef Baydenin əfv qərarını etibarsız hesab edib
17:13 17.03.2025
Donald Tramp Cozef Baydenin əfv qərarını etibarsız hesab edib
Dilçi alim: Dilçilik İnstitutunda doktorantura yerləri 4 ildir ki, boş qalıb
17:11 17.03.2025
Dilçi alim: Dilçilik İnstitutunda doktorantura yerləri 4 ildir ki, boş qalıb
Cənubi Koreya və Ukrayna şimali koreyalı hərbi əsirlərin repatriasiyasını müzakirə edib
17:08 17.03.2025
Cənubi Koreya və Ukrayna şimali koreyalı hərbi əsirlərin repatriasiyasını müzakirə edib