“Müharibənin ilk saatlarından Türkiyə bizim yanımızda idi” - Prezident

SİYASƏT
16:46 14.05.2022
261
"Müharibənin son dəqiqəsinə qədər, Şuşa şəhərinə bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi. Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq".

AZXEBER.COM-un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Rizə şəhərində Rizə-Artvin Hava Limanının açılış mərasimində çıxışı zamanı deyib.

"Bu gün də biz biryerdəyik. Qarabağın bərpası işində bərabər, çiyin-çiyinə çalışırıq. Minlərlə bizim türk qardaşımız bu gün Azərbaycanda Qarabağın bərpası ilə bağlı öz işini görür, öz sözünü deyir", - Prezident vurğulayıb.

OXŞAR XƏBƏRLƏR