Şuşada yanğın zamanı mina partlayışları oldu

Şuşada yanğın zamanı mina partlayışları oldu
SOSİAL
15:16 26.07.2025
153

Şuşa rayonu Qala Dərəsi adlanan ərazisində yanğın baş verib.

AZXEBER.COM  xəbər verir ki, hadisə ilə bağlı əraziyə FHN-nin yanğınsöndürən briqadasının əməkdaşları cəlb olunaraq yanğının meşə ərazisinə keçməsinin qarşısını alıblar.

Məlumata görə, yanğın baş verən ərazidə 3 dəfə mina partlayışı qeydə alınıb.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülərək nəzarət altına alınıb.
OXŞAR XƏBƏRLƏR