Şuşada Üzeyir Hacıbəyovun və Bülbülün heykəli ucaldılacaq

Şuşada Üzeyir Hacıbəyovun və Bülbülün heykəli ucaldılacaq
SOSİAL
17:51 20.05.2021
305
Şuşada Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun və opera müğənnisi Bülbülün yeni heykəli ucaldılacaq.

AZXEBER.COM xəbər verir ki bunu "report”a açıqlamasında rəssam, heykəltəraş Aslan Rüstəmov deyib.

O qeyd edib ki, işğaldan əvvəl Şuşada həm Ü.Hacıbəyovun, həm də Bülbülün abidəsi olub: "Üzeyir Hacıbəyovun heykəlini heykəltəraş Əhməd Salikov hazırlamışdı.

Həmin heykəl bəstəkarın 100 illiyi münasibətilə Şuşada ucaldılmışdı, lakin erməni vandalları onu tamamilə məhv ediblər. Heykəlin heç modeli də qalmayıb. O dövrün mətbuatında dərc olunan və arxivdə saxlanılan fotolara baxıb heykəli hazırlayırıq".

A.Rüstəmov qeyd edib ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ondan Bülbülün heykəlinin hazırlanmasını xahiş edib:

"Bülbülün Şuşadakı ev muzeyinin həyətində heykəli ucaldılmışdı. Ermənilər heykəli tamamilə dağıdıblar. Həmin abidənin eyni formasını hazırlayırıq. Oğullarım Teymur və Mahmudla birgə hər iki heykəlin üzərində işləyirik”.
OXŞAR XƏBƏRLƏR