“İRƏLİ” Tarix Mərkəzinin təşkil etdiyi “Tarix Klubu” layihəsi çərçivəsində 8 may 2012–ci il tarixində “Şuşanın işğalından 20 il keçir” mövzusunda görüş keçirilmişdir.
“İRƏLİ” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Nəzakət Əliyevanın AZXEBER.COM-a verdiyi məlumata görə, qonaq ekspert qismində Əlövsət Quliyev (General Əlibəy) iştirak etmişdir.
İlk olaraq iştirakçılar Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan soydaşlarımızın ruhunu 1 dəqiqəlik sükutla yad etmişlər.
Qonaq Şuşa şəhərinin tarixi, şəhərin salınması, keçdiyi inkişaf yolu, Azərbaycan mədəniyyətində oynadığı tarixi rol haqqında geniş söhbət açmışdır. Daha sonra Şuşa şəhərinin ermənilər tərəfindən işğalı ərəfəsində siyasi ab–hava, ölkənin daxilində baş verən hadisələr və Şuşa şəhərinin alınması haqqında ətraflı məlumat vermişdir.
Sonda ekspert gəncləri və tələbələri maraqlandıran sualları cavablandırmışdır.