Şuşanın mərkəzində günəş enerjisi ilə işləyən "Kitab dayanacağı" istifadəyə verildi

Şuşanın mərkəzində günəş enerjisi ilə işləyən "Kitab dayanacağı" istifadəyə verildi
SOSİAL
14:29 20.07.2026
409
"Azercell Telekom” MMC Şuşanın tarixi və ədəbi mühitinin təbliği, eləcə də şəhər sakinləri və qonaqları üçün mütaliə imkanlarının genişləndirilməsi məqsədilə Şuşanın mərkəzində "Kitab dayanacağı”nı istifadəyə verib.

Açıq hava kitabxanası konsepsiyasında yaradılan layihə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və "Aztelekom" MMC ilə tərəfdaşlıq çərçivəsində ərsəyə gəlib. Təşəbbüs Azercell-in ESG strategiyasına uyğun olaraq günəş enerjisi ilə işləyir və ekoloji cəhətdən dayanıqlı həll kimi layihələndirilib. 

"Kitab dayanacağı" günün 24 saatı fəaliyyət göstərəcək. Şuşa sakinləri və şəhərin qonaqları burada təqdim olunan kitablardan sərbəst şəkildə istifadə edə biləcəklər. Rəqəmsal əlçatanlığın təmin edilməsi məqsədilə köşk  ödənişsiz Wi-Fi xidməti ilə də təchiz olunub. Bununla yanaşı, ziyarətçilər xüsusi enerji doldurma məntəqələrində rahatlıqla mobil cihazlarının enerji ehtiyatını bərpa edə biləcəklər.

Vaqif poeziya günləri çərçivəsində baş tutan açılış mərasimində Azərbaycan Respublikası Mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, "Azercell Telekom” MMC-nin Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova iştirak ediblər. "Kitab dayanacağı"nın ilk qonağı xalq şairi Vahid Əziz olub.

Tədbirdə çıxış edən Sona Abbasova bildirib: "Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa əsrlər boyu ölkəmizdə ədəbi-bədii fikrin və mütaliə ənənələrinin formalaşmasında xüsusi rol oynayıb. İnanırıq ki, "Kitab dayanacağı” hər kəs üçün açıq və müasir bir ictimai məkan kimi Şuşanın zəngin mütaliə mədəniyyətinin yaşadılmasına, milli-mədəni irsin qorunaraq gələcək nəsillərə ötürülməsinə öz töhfəsini verəcək. Günəş enerjisi ilə işləyən bu layihə eyni zamanda ətraf mühitə məsuliyyətli yanaşmanı təşviq edərək şəhərin dayanıqlı inkişafına xidmət edəcək”. 

Qeyd edək ki, "Kitab dayanacağı" Qarabağ küçəsində fəaliyyət göstərir.

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
06:36 12.09.2026
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
05:19 12.09.2026
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
23:13 11.09.2026
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
23:09 11.09.2026
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı