“Şuşanın şəhər planı tərtib edilərkən fiziki görünüşü olduğu kimi qorunub”

“Şuşanın şəhər planı tərtib edilərkən fiziki görünüşü olduğu kimi qorunub”
SİYASƏT
12:36 30.09.2023
162
"Şuşanın şəhər planı tərtib edilərkən şəhərin fiziki görünüşü olduğu kimi qorunub”.

AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov Bakıda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.

"Biz bu yöndə Şuşanın sakinləri ilə məsləhətlər aparmışıq, ona uyğun Baş planı qurmuşuq. Buna əsasən, Şuşada çoxmərtəbəli binaların tikilməsi nəzərdə tutulmayıb”, - o deyib.

Aydın Kərimov bildirib ki, tarixi və mədəni irs abidələrinə xüsusi diqqət var:

"Şuşada 200-dək belə abidə var ki, bəzisi dağıdılıb”.
OXŞAR XƏBƏRLƏR