8 Noyabr - Zəfər Günündə Şuşadakı Yuxarı Gövhər Ağa məscidində "Şükür” namazı qılınıb.
AZXEBER.COM xəbər verir ki, şəhidlərimizin ruhuna, eləcə də əbədi sülh və əmin-amanlıq naminə dualar oxunub. Qafqaz Müsəlmanları Ruhani İdarəsinin nümayəndəsi Hacı Şahin "Şükür" namazının vəhdət şəklində qılındığını və bununla xalqımızın "Zəfər Günü"ndə vəhdət şəklində olduğuna bir işarə olduğunu qeyd edib.