“Şüvəlan”ın futbolçusunun vurduğu qol 30 milyon insanın izlədiyi səhifədə paylaşıldı - VİDEO

“Şüvəlan”ın futbolçusunun vurduğu qol 30 milyon insanın izlədiyi səhifədə paylaşıldı - VİDEO
İDMAN
22:44 26.05.2020
1917
Futbol üzrə dünyanın ən böyük paylaşım səhifələrindən biri olan "433" Azərbaycanda qeydə alınan maraqlı qolu paylaşıb.

AzxeberSport xəbər verir ki, məşhur səhifə "Facebook", "İnstagram" və "Twitter"də "Şüvələn" klubunun futbolçusu Nuqzar Kvirtiyanın vurduğu kuryoz qolu paylaşıb. 433-ü "instagram”da 30 milyona yaxın insan izləyir.

Videoya məşhur idman adamları və dünya şöhrətli futbolçular da rəy bildiriblər. 

Qeyd edək ki, birinci divizionda oynamış "Şüvəlan” futbol klubu maliyyə problemi üzündən fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.

Həmin qolu təqdim edirik:
 

OXŞAR XƏBƏRLƏR