Suyun bahalaşmasından sonra hansı sahələrdə qiymət artımı olacaq? - İqtisadçı açıqladı

Suyun bahalaşmasından sonra hansı sahələrdə qiymət artımı olacaq? - İqtisadçı açıqladı
SOSİAL
13:48 01.02.2021
2950
"Suyun qiymətinin qalxması ilə əlaqədar olaraq daha çox kənd təsərrüfatı məhsullarının maya dəyərində, su məhsullarında, təmizlik xidmətləri kimi fəaliyyət göstərən sahələrdə (maşın, xalça, geyim və digər əşyalarının yuyulması ilə bağlı xidmətlər) qiymət artımları olacaq".

Bu sözləri AZXEBER.COM-a açıqlamasında suyun qiymətinin qalxmasını şərh edən iqtisadçı-ekspert Rəşad Həsənov deyib.

İqtisadçı bildirib ki, dövlət inhisarçı olduğu sahələrdə qiymətləri qaldırdığı zaman cəmiyyətdə qiymət artımları ilə bağlı bir dalğa effekti yaranır:
 
"Qiymət artımında psixoloji faktor və kütlə davranışı da əsas rol oynayır. Dövlət qiymətləri qaldıran kimi bazar iştirakçıları hansısa formada öz mal və xidmətlərinin qiymətlərini mərhələli şəkildə artıracaq. Bu müəyyən bir dövr ərzində baş verəcək. Çünki bazarda qiymətin formalaşmasında diqtəedici faktorlardan biri də əhalinin istehlak gücüdür. Hazırda pandemiya ilə əlaqədar olaraq əhalinin istehlak gücü azalıb. Bu, şərtlər daxilində də qiymətlərin qaldırılması asan olmur. Amma bir çox məhsullar üzrə inhisarçılıq kifayət qədərdir. Bu inhisarçılıq sahibkarın mövqeyini dəstəkləyir və o, rahat şəkildə qiymət artımı edə bilir”.
 


Rəşad Həsənov onu da əlavə edib ki, yaxın müddətdə bütün seqmentlərdə qiymətlərin artımı müşahidə ediləcək:

"Proses sahibkarın bazarda mövqeyindən və statusdan asılı olaraq dəyişəcək. Rəqabətli şərtlər daxilində fəaliyyət göstərən sahibkarlar məcburən gözləmə mövqeyində qalacaq. Çünki qiymətlərin optimallığı vacib faktordur. Amma inhisarçı mövqeyində olanlar ən yaxın zamanda qiymət artımı istiqamətində hərəkətə keçəcək. Bazarda rahat şəkildə öz qiymət siyasətini diqtə edə biləcək”.

İqtisadçı yaşayış kompekslərində fəaliyyət göstərən özəl istixana xidmətlərinin də qiymətlərində artımların olacağını vurğulayıb.

Qeyd edək ki, yanvarın 31-də Tarif (qiymət) Şurasının iclasında "Azərsu” ASC-nin müraciəti müzakirə olunub və bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiq olunub.

Qərar 2021-ci il fevralın 1-dən qüvvəyə minir.
 
Sevinc Yasinqızı
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğan: Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram
14:45 04.07.2025
Ərdoğan: Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
14:44 04.07.2025
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
14:41 04.07.2025
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
14:30 04.07.2025
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi
14:26 04.07.2025
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
14:18 04.07.2025
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
14:05 04.07.2025
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
14:00 04.07.2025
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib
13:56 04.07.2025
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib
“Ermənistan və havadarları nəticədə peşman olublar”
13:52 04.07.2025
“Ermənistan və havadarları nəticədə peşman olublar”
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
13:50 04.07.2025
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Özbəkistan Prezidenti: Bölgənin sülh məkanına çevrilməsindən çox şadam
13:46 04.07.2025
Özbəkistan Prezidenti: Bölgənin sülh məkanına çevrilməsindən çox şadam
Prezident: Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib
13:43 04.07.2025
Prezident: Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib
"Zirvə görüşünün Xankəndidə təşkil edilməsinin xüsusi mənası var"
13:35 04.07.2025
"Zirvə görüşünün Xankəndidə təşkil edilməsinin xüsusi mənası var"
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir - CANLI YAYIM
13:30 04.07.2025
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir - CANLI YAYIM
Nəsimi rayonunda açıq ərazidə yanğın başlayıb
13:25 04.07.2025
Nəsimi rayonunda açıq ərazidə yanğın başlayıb