Azərbaycan prezidenti İlham Əliyev Şövkət Ələkbərovanın 90 illik yubileyi haqqında sərəncam imzalayıb.
AZXEBER.COM-un prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, 2012-ci ilin oktyabr ayında Azərbaycanın xalq artisti, milli ifaçılıq sənətinin görkəmli nümayəndəsi, tanınmış müğənni Şövkət Feyzulla qızı Ələkbərovanın anadan olmasının 90 illiyi tamam olur.
Mədəniyyət və Turizm Nazirliyinə xalq artisti Şövkət Ələkbərovanın 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.