Üsyançılar generalı öldürdü

Üsyançılar generalı öldürdü
DÜNYA
21:26 28.03.2012
1921

Bir qrup üsyançı çərşənbə günü Suriyanın Hələb şəhəri yaxınlığında ölkənin Hərbi Hava Qüvvələrinin generalını güllələyib. Bu barədə Suriyanın SANA agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, briqada generalı Xleyf əl-Abdullah Hələb ətrafında yerləşən əl-Həmədaniyyə yaşayış məntəqəsindəki məscidin yaxınlığında öldürülüb. Dörd nəfərdən ibarət üsyançı yüksəkrütbəli zabiti güllələdikdən sonra avtomobillə hadisə yerindən uzaqlaşıblar.

Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

Məlumata əsasən, ölən general evli olub, iki oğlu, bir qızı var.

OXŞAR XƏBƏRLƏR