Kino sənayesində davamlı fəaliyyət, fasiləsiz çəkilişlər bu sahədə yeni simaların, gənc aktyorların artmasına şərait yaradır. Bəs bu qədər dövrləri əhatə edən Azərbaycan kinosunda yeni addım atan gənc aktyorlar doğrudan da lazımi əməyi verir mi, yetərincə istedadlıdırmı?
Mövzu ilə bağlı aktyor, aparıcı Kamran Ağabalayev öz fikirlərini "Sözaltı” verilişində səsləndirib.
Aktyor bildirib ki, "yox” sözünü eşitmək aktyorluq sənətinin bir hissəsidir:
"Müəyyən bir yerə gəlib çıxmaq istəyirsənsə, hər bir halda sən qurban verməlisən. Bu sənin zamanın ola bilər, cavanlığın, münasibətlərin və s ola bilər. Sən hər-hansı bir səbəb yaratmalısan ki, səni seçsinlər. Mən dəfələrlə "yox” sözünü eşitmişəm. Bu sözü eşitmək mənim işimin bir hissəsidir. Peşəkarsansa, həm zehinsəl, həm bədənsəl olaraq formunda qalmalısan. Bunların özünü də iş kimi qəbul etməlisən. Təbii ki, bəxti gətirən aktyorlar da var. Mən özümü şəxsən bəxti gətirən aktyor sayıram” - deyə o bildirib.