"Sözcü" qəzetindən gülünc başlıq: "Türkiyənin dostu Paşinyan qələbə qazandı"

"Sözcü" qəzetindən gülünc başlıq: "Türkiyənin dostu Paşinyan qələbə qazandı"
DÜNYA
13:55 10.12.2018
3395
Türkiyənin müxalif qəzetlərindən olan "Sözcü" qəzeti Ermənistan seçkiləri ilə bağlı xəbər hazırlayıb.
 
AZXEBER.COM qəzetin saytına istinadən xəbər verir ki, qəzet yazını "Türkiyənin dostu Paşinyan əzici bir səs çoxluğu ilə qələbə qazandı" başlığı ilə yayımlayıb.
 
Yazıda Nikol Paşinyanın seçkidən öncə Türkiyəylə bağlı söylədiyi fikirlərə də yer ayrılıb: "Türkiyə heç bir şərt irəli sürməsə, biz münasibətləri normallaşdıra bilərik. Ancaq rəsmi Ankara Dağlıq Qarabağla bağlı şərt irəli sürür deyə, anlaşma alınmır".
 
Qeyd edək ki. Türkiyə prezidenti Ərdoğan dəfələrlə qeyd edib ki, Azərbaycan torpaqları azad olunmayana qədər Ermənistanla heç bir diplomatik əlaqə qurmayacaqlar. 
 

 


OXŞAR XƏBƏRLƏR