AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bazar ertəsi YAP-da keçirilən tədbirdə müğənillər Gülyanaq və Gülyaz Məmmədova bacıları, Rəşad İlyasov, Tünzalə Ağayeva, aktrisa Vəfa Zeynalova və teleaparıcı-şoumen Azər Axşama partiyanın vəsiqəsi təqdim olunub. Tədbirdə çıxış edən YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov bildirib ki, partiyanın 540 minə yaxın üzvü var. Hər il YAP-a 20-30 min üzv qəbul edilir.