Tacikistan və Qırğızıstan dövlət sərhədinin demarkasiya prosesini müzakirə edib

Tacikistan və Qırğızıstan dövlət sərhədinin demarkasiya prosesini müzakirə edib
DÜNYA
19:09 29.07.2025
211
Tacikistan və Qırğızıstan arasında dövlət sərhəd xəttinin demarkasiya prosesinin irəliləməsi məsələsi müzakirə edilib.

Tacikistan Prezidenti Emoməli Rəhmon və Qırğızıstan Prezidenti Sadır Japarov Çolpon-Ata şəhərində keçirilən işçi görüşdə bu məsələni müzakirə ediblər.

Dövlət başçıları ikitərəfli gündəliyin əsas məsələlərini müzakirə edərək dostluq, mehriban qonşuluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə yönəlmiş səylərini təsdiqləyiblər.

Görüş zamanı tərəflər bu yaxınlarda həyata keçirilmiş qarşılıqlı ali səviyyəli səfərlərin nəticələrini nəzərdən keçirib, ticari-iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini, eləcə də qarşılıqlı fəaliyyətin digər aspektlərini qeyd ediblər.

Bundan başqa, prezidentlər regional və beynəlxalq gündəmin aktual məsələləri barədə fikir mübadiləsi aparıblar.
 
///report
OXŞAR XƏBƏRLƏR