Tacikistanda baş verən güclü zəlzələ hava limanında təşviş yaratdı – VİDEO

Tacikistanda baş verən güclü zəlzələ hava limanında təşviş yaratdı – VİDEO
DÜNYA
14:48 23.02.2023
229
Çin-Tacikistan sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. ABŞ Geoloji Xidməti zəlzələnin episentrinin Murqob şəhərindən 67 kilometr qərbdə olduğunu və zəlzələnin maqnitudasının 6,8 bal olduğunu açıqlayıb. 

AZXEBER.COM xəbər verir ki, zəlzələnin şiddəti hava limanının kameralarına da əks olunub. 

Çin Zəlzələ Şəbəkələri Mərkəzinin (CENC) verdiyi açıqlamaya görə, Çinin şimal-qərbindəki Sincan-Uyğur Muxtar Bölgəsi ilə Tacikistanın şərqindəki Dağlı Bədəxşan Muxtar Bölgəsi sərhədi yaxınlığında 7,2 bal gücündə zəlzələ qeydə alınıb.

Digər tərəfdən ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin maqnitudasını 6,8 olaraq ölçüb və zəlzələnin mərkəzinin sərhədin Tacikistan tərəfindəki Murqob şəhərindən 67 kilometr qərbdə olduğunu qeyd edib.

Zəlzələ zamanı hava limanında böyük çaxnaşma yaşanıb. Şiddətli sarsıntı zamanı hava limanında olan sərnişinlər təşviş içində qaçmağa başlayıb

Həmin görüntüləri təqdim edirik:

Ayşən
OXŞAR XƏBƏRLƏR