Tacikistanda zəlzələ nəticəsində 17 yaşayış evi dağılıb

Tacikistanda zəlzələ nəticəsində 17 yaşayış evi dağılıb
DÜNYA
12:20 13.04.2025
369
Tacikistanın Rəşt rayonunda baş vermis 5,9 maqnitudalı zəlzələ nəticəsində 17 yaşayış evi dağılıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Tacikistan hökuməti yanında Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsinin Böhranlı Vəziyyətləri İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanların episentri Rəşt rayonu olub. Orada zəlzələnin gücü 5 bal, paytaxt Düşənbədə isə 4 bal təşkil edib.

Qeyd edək ki, yeraltı təkanlar qonşu ölkələrdə də hiss edilib.
OXŞAR XƏBƏRLƏR