Tacikstan-Qırğızıstan sərhədində atışma olub, yaralananlar var

Tacikstan-Qırğızıstan sərhədində atışma olub, yaralananlar var
DÜNYA
18:08 08.07.2021
1352
Qırğızıstan-Tacikistan sərhədində atışma olub.

Məlumatı Tacikistanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin Sərhəd Qoşunlarının mətbuat mərkəzi yayıb.

Məlumata görə, iyulun 8-də Qırğızıstanın 4 sərhədçisi Tacikistanın Soqdi vilayətinə keçib. Onlar mülki geyimdə olublar Sərhədçilər həmin ərazidən 9 baş atı Qırğızıstana keçirmək istəyiblər.

Tacikistan sərhədçilərinin onları atəşə tutması nəticəsində iki qırğız sərhədçi yaralanıb.

Hadisə yerinə hər iki ölkənin vəzifəli şəxsləri gəlib.
 
///Report
OXŞAR XƏBƏRLƏR