Tacir Şahmalıoğlu: “Durub kiməsə kəllə atsaq, düzgün çıxmır axı...”

Tacir Şahmalıoğlu: “Durub kiməsə kəllə atsaq, düzgün çıxmır axı...”
ŞOU-BİZNES
11:54 08.04.2011
2117

"Bizim idmançılarımız da bütün yarışlarda ermənilərlə üzbəüz olurlar. Bu o demək deyil ki, onlar erməni ilə dostluq edirlər. Onlar öz mübarizələrini aparırlar və çalışırlar ki, bu mübarizədə qalib gəlsinlər. Biz sənətçilər də öz sənətimizlə, səsimizlə mübarizə aparırıq. Mənim silahım mənim səsimdir və mən hər yerdə səsimlə mübarizə edirəm.

Biz dünyanın harasında oluruqsa, Azərbaycanı mədəni bir millət kimi tanıtmalıyıq. Biz öz mədəniyyətimizi göstərməliyik, durub kiməsə kəllə atsaq, düzgün çıxmır axı... Mən harada oluramsa istər-istəməz Azərbaycanın adından çıxış edirəm. Azərbaycanımı tərənnüm edirəm, təbliğ edirəm.

Kiminləsə gedib bir yerdə iştirak ediriksə, yəni o məclisdə mənimlə birlikdə erməni də oxuyursa, bu o demək deyil ki, erməni ilə təmasdayam və yaxud da erməni ilə dostluq edirəm. Sadəcə bu mənim sənətimdir və mən orada ola bilərəm. Amma donlarla dostluq, qardaşlıq əsla mümkün deyil! Bu ola bilməz!"

Qeyd edək ki, müğənni Tacir Şahmalıoğlu sözügedən videoçarxın ötən ilin sonunda Moskvadakı restoranlardan birində çəkildiyini bildirib. Onun sözlərinə görə, ziyafətdə bir erməni müğənni Azərbaycan mahnısını ifadə edib və müəllifinin Sayat Nova olduğunu bildirib.

"Mən isə bunu cavabsız qoya bilməzdim. Durdum və onun Azərbaycan mahnısı olduğunu bəyan etdim və onu öz dilimizdə oxudum”, deyə Tacir Şahmalıoğlu qeyd edib.

Tacir Şahmalıoğlu iddia edir ki, bu hadisənin onun duet oxuduğu şəxsə heç bir aidiyyatı yoxdur: “Mənim mahnı oxuduğum adam erməni yox, kürddür. Adı Vledir. Əgər kiminsə şübhəsi varsa, mən onu Azərbaycana, ANS-ə dəvət edə bilərəm. Onda sübut edərəm ki, o, erməni deyil”.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İngiltərə klubu kapitanını sata bilər
19:22 11.08.2025
İngiltərə klubu kapitanını sata bilər
Netanyaһu: İsrail Qəzzada һərbi kampaniyanın sonuna yaxınlaşır
19:10 11.08.2025
Netanyaһu: İsrail Qəzzada һərbi kampaniyanın sonuna yaxınlaşır
PSJ-nin futbolçusu UEFA Superkuboku oyununu buraxacaq
18:59 11.08.2025
PSJ-nin futbolçusu UEFA Superkuboku oyununu buraxacaq
Ermənistan XİN başçısının müavini Tehrana səfər edəcək
18:48 11.08.2025
Ermənistan XİN başçısının müavini Tehrana səfər edəcək
İordaniya kralı Paşinyanla Azərbaycan-Ermənistan razılaşmalarını müzakirə edib
18:36 11.08.2025
İordaniya kralı Paşinyanla Azərbaycan-Ermənistan razılaşmalarını müzakirə edib
"Mançester Yunayted" yay transfer dönəmi bitənədək dörd futbolçunu göndərmək istəyir
18:20 11.08.2025
"Mançester Yunayted" yay transfer dönəmi bitənədək dörd futbolçunu göndərmək istəyir
İran qaçaqmal yanacaq daşıyan tankeri saxlayıb
17:51 11.08.2025
İran qaçaqmal yanacaq daşıyan tankeri saxlayıb
Növbəti iki gündə külək güclənəcək
17:42 11.08.2025
Növbəti iki gündə külək güclənəcək
Bakıda və rayonlarda leysan yağacaq - XƏBƏRDARLIQ
17:34 11.08.2025
Bakıda və rayonlarda leysan yağacaq - XƏBƏRDARLIQ
Makron: İrəvan və Bakı arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edirəm
17:24 11.08.2025
Makron: İrəvan və Bakı arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edirəm
Azərbaycan və Ermənistan sülh sazişinin icrasına nəzarət məqsədilə ikitərəfli komissiya təsis edəcək
17:23 11.08.2025
Azərbaycan və Ermənistan sülh sazişinin icrasına nəzarət məqsədilə ikitərəfli komissiya təsis edəcək
Azərbaycanla Ermənistan separatizm və terrorizmin bütün təzahürlərini pisləyirlər
17:22 11.08.2025
Azərbaycanla Ermənistan separatizm və terrorizmin bütün təzahürlərini pisləyirlər
Azərbaycan və Ermənistan bir-birinə güc tətbiq etməyəcək və ya güc tətbiq etməklə hədələməyəcək
17:20 11.08.2025
Azərbaycan və Ermənistan bir-birinə güc tətbiq etməyəcək və ya güc tətbiq etməklə hədələməyəcək
Azərbaycan və Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı iştirakçı dövlətlərə müraciət ediblər
17:19 11.08.2025
Azərbaycan və Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı iştirakçı dövlətlərə müraciət ediblər
Azərbaycan və Ermənistan gələcəkdə bir-birinə qarşı ərazi iddialarını qaldırılmayacağını təsdiq ediblər
17:19 11.08.2025
Azərbaycan və Ermənistan gələcəkdə bir-birinə qarşı ərazi iddialarını qaldırılmayacağını təsdiq ediblər
Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlər qurulacaq
17:18 11.08.2025
Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlər qurulacaq