Tacir Şahmalıoğlu bütün söz-söhbətlərə son qoydu – EKSKLÜZİV

ŞOU-BİZNES
14:25 03.04.2011
3664

Mövzu ilə bağlı Tacir Şahmalıoğlu AZXEBER.COM portalına eksklüziv açıqlama verib. Tacir onun haqqında gedən bütün iddiaların yalan olduğunu söyləyib: “ Videodakı restoran Moskvada yerləşən “Prestij” restoranıdır. Dekabrın 31-də azərbaycanlı iş adamının ad günü münasibəti ilə məni ora oxumağa çağırmışdılar. Oradakı erməni adı verilən şəxsi isə mən çoxdandır ki, tanıyıram. Adı Vledir. Əslən kürddür.”

Müğənni bunun bir provakasiya olduğunu da inkar etməyib: “Mən heç vaxt erməni məclisində çıxış etməmişəm. Hətta bu yaxınlarda  Moskvada mənə erməni məclisində oxumaq üçün 50 min dollar təklif etmişdilər. Amma mən heç vaxt öz vətənimə xəyanət etmərəm.”

Sonda isə Tacir Moskvada ermənilərlə azərbaycanlılar arasındakı münasibətlərdən danışıb: “Mən oxuduğum məclislərdə ermənilər də ola bilər. Moskva elə bir şəhərdir ki, orada hər ermənilər, həm də azərbaycanlılar. Mən oradakı erməniləri döyə bilmərəm. Bizimkilərlə  ermənilər arasında  Moskvada normal münasibətlər var.”


OXŞAR XƏBƏRLƏR