Tacir Şahmalıoğlu ilə duet oxuyan Vle Xaloyan kimdir? (EKSKLÜZİV-FOTO)

ŞOU-BİZNES
22:21 03.04.2011
12276

Tacir AZXEBER.COM-a verdiyi eksklüziv açıqlamada Vlenin kürd olduğunu bildirib və qeyd edib ki, heç vaxt erməni ilə duet oxumaz.

AZXEBER.COM portalı bununla bağlı kiçik araşdırma aparıb. Araşdırmaya görə, Vle Xaloyan 1969-cu ildə Ermənistanın Ararat bölgəsində doğulub. 2 övladı atası olan Xaloyanın qardaşı 19 yaşında Moskvada öldürülüb. O, şəxsi vkontakte səhifəsində millətini yezidi kürdü olaraq göstərib. Hazırda Moskvada yaşayan Vle erməni mahnılarının mahir ifaçısı kimi tanınır. Onun erməni dilində muğamları çox populyardır.O, həmçinin “Hayastan” (erməni dilində vətən) mahnısının ifaçısıdır. Vlenin vkontakte səhifəsində məşhur türk müğənnisi İbrahim Tatlısesin güllələnməsinə dair status da yer alıb. Maraqlıdır ki, O, İbonu yerlisi yəni kürd müğənnisi kimi qələmə verib.

Vle Xaloyanın kürd olmasına dair daha bir mənbə https://kurdisharmenian.blogspot.com-dur. Bu bloq ermənilər və kürdlər tərəfindən yaradılıb. Ana səhifədə Kurdistan and Hayastan - Hand in Hand (Kürdistan və Ermənistan əl-ələ) yazısına rast gəlirik. Burada da Xaloyan kürd müğənnisi kimi təqdim edilir və onun mahnılarına geniş yer verilir.

 Hazırda müğənninin odnoklasniki.ru sosial şəbəkəsində 554 və 2300 nəfərdən ibarət fan-qrupları var.

İnternetdə apardığımız araşdırmadan məlum oldu ki, Vle Xaloyan erməni olmasa da, Ermənistan dövləti üçün çox böyük iş görmüş insanlardandır. Ən azından onun səhifəsinə gələn şərhlər, təriflər, ifa etdiyi “Hayastan” mahnısı, erməni dilindəki muğamları bunu deməyə əsas verir.

 Belə bir insanla Azərbaycanın tanınmış müğənnisi, əslən Qarabağdan olan Tacir Şahmalıoğlunun dostluq etməsi yalnız təəsüf doğurur. Tacir AZXEBER.COM-a verdiyi müsahibədə qeyd edib ki, Moskvada yaşayan ermənilər döyməli, onları yumruqlamalı deyil. Amma ən azından onlarla bu qədər mehriban olmamaq da mümkün idi. Tacirin hərəkətini oxucularımızın ixtiyarına buraxırıq. Çünki xalqımız kimin kim olduğunu, hansı məzhəbə xidmət etdiyini çox gözəl bilir.

Oxucularımız üçün maraqlı olacağını nəzərə alaraq Vle Xaloyanın fotolarını təqdim edirik.

Hacıbəy Heydərli 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR