"Tacirin mənə sözü varsa, gərək üzümə deyərdi" - Balaəli

"Tacirin mənə sözü varsa, gərək üzümə deyərdi" - Balaəli
MAQAZİN
11:42 17.11.2025
114
Meyxanaçı Balaəli Tacir Şahmalıoğlunun "Meyxanaçılar hansı obrazı yaradıb? Çıxıb ağzınıza gələni bir-birinə deyirlər, adı da o olur ki, obraz yaradırıq" sözlərinə cavab verib.
 
AZXEBER.COKM xəbər verir ki, "Tarixin bir günü" verilişində qonaq olan Balaəli fikirlərinə aydınlıq gətirib.
 
O, Tacirin sözlərinə cavab verib:

"Tacir müəllim fikir bildirəndə mənim adımı çəkmir, deməli bunu mən demir, ümumi danışır. O sənətkardır, mən ona ancaq tərif demişəm bu günə qədər. Onun mənə bir narazıçılğı varsa, gərək üzümə deyərdi. Biz meyxanaçılar gündəm nədirsə onu edirik. Başqa şey tələb edilsə, onu da edərik. Nə üçün meyxanaçıları  Nəsimi ilə bir tutursuz? Tacir müəllimlə bu yaxınlarda görüşmüşdük, hətta mənə dedi ki, imkan olsa mənə söz yaz, musiqi bəstələdib oxuyum".
 
Xatırladaq ki, Balaəli daha öncə açıqlamasında "Meyxanaçılar söz ilə obraz yaradırlar" ifadəsini səsləndirmişdi.
 
Aysel
OXŞAR XƏBƏRLƏR