Tacirin oğlu: "Qayınatamdan hərtərəfli yarımışam"

Tacirin oğlu: "Qayınatamdan hərtərəfli yarımışam"
MAQAZİN
18:33 10.06.2026
185
Müğənni Tacir Şahmalıoğlunun bu yaxınlarda ailə həyatı quran oğlu Şahmalı səsləndirdiyi fikirlərlə diqqət çəkib.

AZXEBER.COM xəbər verir ki, Şahmalı qayınatası ilə münasibətlərindən danışarkən zarafatla qarışıq maraqlı etiraf edib. O, bəzi şəxslərin bu baxımdan şanslı olmadığını vurğulayaraq, özünün isə qayınatasından hərtərəfli razı qaldığını bildirib.

"Gənclər var ki, bu məsələdə bəxti gətirmir. Mən isə qayınatamdan çox razıyam. Dərinliyinə varmadan deyim ki, hərtərəfli yarımışam", - deyə o qeyd edib.

Şahmalının bu sözləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İzləyicilər onun səmimi etirafına müxtəlif reaksiyalar verərək fikirlərini bölüşüblər.
OXŞAR XƏBƏRLƏR