Tahir Kərimov Xaləddin İskəndərovun yerinə “göz dikib“ - İDDİA

SOSİAL
14:54 10.03.2016
7135
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Salyan Rayonu İcra Hakimiyyətinin başçısı Tahir Kərimovun vəzifəsindən azad olunub.
Prezidentin icra başçıları ilə sərəncamınını şərh edən PA rəhbərinin müavini, ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev də bildirdi ki, Prezident İlham Əliyev son müşavirədə yerli icra hakimiyyəti orqanlarının rəhbərləri qarşısında mühüm tələblər qoyub və qeyd edib ki, onlar insanlara xidmət göstərməli, əhalinin problemlərini həll etməli, qayğıları ilə yaşamalıdırlar, dövlət məmurları və onların ailə üzvləri özlərini təvazökar aparmalı, xalqla birlikdə olmalıdırlar və məhz bu amillərə görə onların fəaliyyətlərinə qiymət veriləcəkdir.

Z.Nağdəliyev vurğulayıb ki, vəzifədən azad edilən başçılar amiranəlik, təkəbbürlük, qərəzçilik, tənqidə qarşı dözümsüzlük nümayiş etdiriblər və nəticədə rayonun problemlərindən uzaq düşüb, sakinlərin haqlı tələblərinə məhəl qoymayıb, əhali arasında nüfuzdan düşüblər.

Ancaq çox maraqlıdır ki, işdən çıxarılan Tahir Kərimovun yaxın zamanlarda Binəqədi rayon icra hakimiyyətinin başçısı vəzifəsinə gətiriləcəyi ilə bağlı məlumatlar yayılıb. Belə ki, vəzifədən uzaqlaşdıqdan sonra Kərimov yaxın ətrafına bildirib ki, narahat olmasınlar, yaxın zamanlar o yenidən işinin başına dönəcək və paytaxtın mərkəzi rayonlarından hesab edilən Binəqədiyə gətirələcək. Mətbuatda ən çox tənqid olunan və 19 may hadisələrinin başlıca günahkarlarından hesab edilən Xaləddin İskəndərovun yaxın günlərdə işdən çıxarılacağı ilə bağlı saytlarla silsilə yazılar yayımlanmaqdadır. Belə bir iddia ilə "Yeni Müsavat" qəzeti də çıxış edib və yazıda qeyd olunub ki, Xaləddin İskəndərovun adı işdən çıxarılıacaq başçıların başında gəlir. 
Başqa bir iddiaya görə isə Tahir Kərimov işdən çıxarılandan sonra sələfi Sevindik Hətəmova qarşı hücüma keçib., Politika.Az saytının yazdığına görə, bu təyinatdan sonra maraqlı bir vəziyyət yaranıb. Məlum olub ki, Tahir Kərimov işdən çıxarılmasıyla barışmaq fikrində deyil. Eləcə Sevindik Hətəmovun da normal şəkildə fəaliyyət göstərməsinə imkan verməyəcək. Bunun əyani təzahürlərindən biri işdən çıxmasının səhərisi günü özünə yaxın olan saytlardan birində Hətəmovun əleyhinə yazının yayzılmasıdır.
Həmin yazıda qeyd edilir ki, dünənə qədər Tahir Kərimova baş əyib, onun qulluğunda dayananlar, bu gün Sevindik Hətəmovun qarşısında baş əyirlər. Yazıda daha sonra vurğulanır ki, belə adamlar nəticə olaraq kimsəyə fayda vermirlər və onlar üçün rəhbərin kimliyinin də əhəmiyyəti yoxdur. Önəmli olan qarşısında baş əymək üçün adam olsun.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb