2025-2026-cı tədris ilində "Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci”nə 672 tələbə qəbul olub.
Kollecin direktoru Xatirə Məlikova AZXEBER.COM-a açıqlamasında bildirib ki, kollecə 14 əyani, 3 qiyabi ixtisas üzrə qəbul aparılıb. Hazırda kollecdə 1700-ə yaxın tələbə təhsil alır.
Tədris ocağında 2025-2026 cı tədris ilindən tam mərkəzləşdirilmiş elektron imtahan və kollokvium aparılır.
Mövzu ilə bağlı videoaçıqlamanı təqdim edirik:











































