Prezidentin icra başçıları ilə sərəncamınını şərh edən PA rəhbərinin müavini, ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev də bildirdi ki, Prezident İlham Əliyev son müşavirədə yerli icra hakimiyyəti orqanlarının rəhbərləri qarşısında mühüm tələblər qoyub və qeyd edib ki, onlar insanlara xidmət göstərməli, əhalinin problemlərini həll etməli, qayğıları ilə yaşamalıdırlar, dövlət məmurları və onların ailə üzvləri özlərini təvazökar aparmalı, xalqla birlikdə olmalıdırlar və məhz bu amillərə görə onların fəaliyyətlərinə qiymət veriləcəkdir.
Z.Nağdəliyev vurğulayıb ki, vəzifədən azad edilən başçılar amiranəlik, təkəbbürlük, qərəzçilik, tənqidə qarşı dözümsüzlük nümayiş etdiriblər və nəticədə rayonun problemlərindən uzaq düşüb, sakinlərin haqlı tələblərinə məhəl qoymayıb, əhali arasında nüfuzdan düşüblər.
Ancaq çox maraqlıdır ki, işdən çıxarılan Tahir Kərimovun yaxın zamanlarda Binəqədi rayon icra hakimiyyətinin başçısı vəzifəsinə gətiriləcəyi ilə bağlı məlumatlar yayılıb. Belə ki, vəzifədən uzaqlaşdıqdan sonra Kərimov yaxın ətrafına bildirib ki, narahat olmasınlar, yaxın zamanlar o yenidən işinin başına dönəcək və paytaxtın mərkəzi rayonlarından hesab edilən Binəqədiyə gətirələcək. Mətbuatda ən çox tənqid olunan və 19 may hadisələrinin başlıca günahkarlarından hesab edilən Xaləddin İskəndərovun yaxın günlərdə işdən çıxarılacağı ilə bağlı saytlarla silsilə yazılar yayımlanmaqdadır. Belə bir iddia ilə "Yeni Müsavat" qəzeti də çıxış edib və yazıda qeyd olunub ki, Xaləddin İskəndərovun adı işdən çıxarılıacaq başçıların başında gəlir.Başqa bir iddiaya görə isə Tahir Kərimov işdən çıxarılandan sonra sələfi Sevindik Hətəmova qarşı hücüma keçib., Politika.Az saytının yazdığına görə, bu təyinatdan sonra maraqlı bir vəziyyət yaranıb. Məlum olub ki, Tahir Kərimov işdən çıxarılmasıyla barışmaq fikrində deyil. Eləcə Sevindik Hətəmovun da normal şəkildə fəaliyyət göstərməsinə imkan verməyəcək. Bunun əyani təzahürlərindən biri işdən çıxmasının səhərisi günü özünə yaxın olan saytlardan birində Hətəmovun əleyhinə yazının yayzılmasıdır.
Həmin yazıda qeyd edilir ki, dünənə qədər Tahir Kərimova baş əyib, onun qulluğunda dayananlar, bu gün Sevindik Hətəmovun qarşısında baş əyirlər. Yazıda daha sonra vurğulanır ki, belə adamlar nəticə olaraq kimsəyə fayda vermirlər və onlar üçün rəhbərin kimliyinin də əhəmiyyəti yoxdur. Önəmli olan qarşısında baş əymək üçün adam olsun.