Tahir Mirkişili: “Ermənistan Azərbaycanın daxili işlərinə qarışmamalıdır”

Tahir Mirkişili: “Ermənistan Azərbaycanın daxili işlərinə qarışmamalıdır”
SİYASƏT
14:27 02.07.2023
296
"Ermənistan Azərbaycanın daxili işlərinə qarışmamalıdır”.

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin üzvü Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı reabilitasiya və yenidənqurma layihələri hazırda minlərlə keçmiş məcburi köçkün azərbaycanlının tədricən öz evlərinə qayıtmasına şərait yaradır.

O əlavə edib ki, münaqişədən sonrakı reabilitasiya, yenidənqurma və reinteqrasiya Azərbaycan üçün əsas prioritetdir.

"Bura Azərbaycanın münaqişəyə məruz qalmış ərazilərində yaşayan etnik erməni sakinlərinin bərabərhüquqlu vətəndaş kimi reinteqrasiyası da daxildir. Bu, Azərbaycan Konstitusiyası və bizim bir hissəsi olduğumuz müvafiq beynəlxalq sənədlərlə rəhbər tutulmalı və tənzimlənməli olan müstəsna daxili prosesdir. Azərbaycan etnik erməni vətəndaşlarının reinteqrasiyası səylərində irəliləyişə nail olmaq əzmindədir və bu məqsədlə birbaşa dialoq aparır”.

Tahir Mirkişili vurğulayıb ki, Azərbaycan hökuməti özünün etnik erməni sakinlərlə dialoqu üzrə xüsusi nümayəndəsini təyin edib və nümayəndənin yerli ermənilərlə ilk görüşü 2023-cü il martın 1-də Azərbaycanın Xocalı şəhərində keçirilib:

"Azərbaycan hökuməti bu yaxınlarda növbəti müzakirələrin Bakıda keçirilməsi təklifini irəli sürüb. Lakin bu proses Ermənistanın müqaviməti və müdaxiləsi ilə üzləşir. Ermənistan bu prosesə müdaxilə cəhdlərini dayandırmalı və reinteqrasiya səylərinə zərbə vuran hərəkət və bəyanatlardan çəkinməlidir. Azərbaycan beynəlxalq ictimaiyyətin Azərbaycanın Qarabağ bölgəsinin yerli erməni sakinləri ilə apardığı birbaşa dialoqa dəstək verməsini gözləyir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gəncədə "qara bazar"da dəyəri 1,6 milyon manat olan heroin aşkarlandı - VİDEO
09:16 11.03.2026
Gəncədə "qara bazar"da dəyəri 1,6 milyon manat olan heroin aşkarlandı - VİDEO
Halit Ergenç və Meryem Uzerli 15 ildən sonra eyni filmdə rola alacaq
09:12 11.03.2026
Halit Ergenç və Meryem Uzerli 15 ildən sonra eyni filmdə rola alacaq
İranda “qara yağış” yağdı - Fotolar
09:06 11.03.2026
İranda “qara yağış” yağdı - Fotolar
Bakı metrosunda tüstülənmə oldu
08:57 11.03.2026
Bakı metrosunda tüstülənmə oldu
Xocavənd və Xocalıya növbəti köç karvanları yola salındı
08:51 11.03.2026
Xocavənd və Xocalıya növbəti köç karvanları yola salındı
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:46 11.03.2026
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO