Tailand ABŞ-a yenilənmiş ticarət sazişi təklif edəcək

Tailand ABŞ-a yenilənmiş ticarət sazişi təklif edəcək
DÜNYA
22:18 06.07.2025
331
Tailand ABŞ şirkətlərinə ölkə bazarına daha geniş çıxış imkanı verəcək yeni ticarət sazişi təklif etmək niyyətindədir.

Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Tailandın yeni təklifi ABŞ ilə ticarət profisitinin 5 il ərzində təxminən 70% azaldılmasını nəzərdə tutur.

Hazırda bu profisit 46 milyard dollar civarındadır.

Tailand hökuməti ABŞ-ın 36%-lik gömrük rüsumları tətbiq etməsinin qarşısını almaq üçün, Amerikanın kənd təsərrüfatı və sənaye şirkətlərinə ölkə bazarına daha geniş çıxış imkanı təqdim etməyə hazırdır.
 
/APA
OXŞAR XƏBƏRLƏR