Tailand və Kamboca sərhəd bölgəsində qarşılıqlı hava hücumları həyata keçiriblər.
AZXEBER.COM xəbər verir ki, bu barədə "Khaosod" portalı məlumat yayıb.
Bildirilib ki, Tailandın Anuponq hava limanına endirilən zərbələr nəticəsində bir əsgər həlak olub, ikisi yaralanıb.
Bu gün səhər saatlarında Tailand Hərbi Hava Qüvvələri Kamboca mövqelərinə zərbə endirib və bunu milli təhlükəsizlik təhdidinə cavab adlandırıb.










































