Tailandda “Omikron”dan ilk ölüm hadisəsi baş verib

Tailandda “Omikron”dan ilk ölüm hadisəsi baş verib
DÜNYA
18:59 17.01.2022
538
Tailand hökuməti koronavirusun "Omikron” ştamından iki nəfərin öldüyünü bildirib.

Bunu Xarici İşlər Nazirliyi mətbuat katibinin müavini Natapanu Nopakun brifinqdə açıqlayıb.

Belə ki, yanvarın 12-də bir sıra xroniki xəstəlikləri olduğu 86 yaşlı qadın, ayın 15-də isə ağciyər xərçəngi xəstəsi 84 yaşlı qadın dünyasını dəyişib.

Koronavirusa ilk yoluxmanın 2020-ci il yanvarın 13-də qeydə alındığı ölkədə indiyədək 2,33 milyon nəfər yoluxub ki, bunların 21,9 mini ölüb. Hazırda 70 milyonluq əhalinin 47,5 milyonu tam peyvənd olub.
 
///Report
OXŞAR XƏBƏRLƏR