Tailandın Praçuapxirixan əyalətində polis vertolyotunun qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.
Hadisə Nonq Kok kəndində baş verib.
"Şənbə günü gündüz saatlarında helikopter qəzaya uğrayıb və alovlanıb. Üç nəfər ölüb, bir nəfər isə paraşütlə tullanıb, onun vəziyyəti hələ ki məlum deyil”, - məlumatda deyilir.
Səlahiyyətlilərin məlumatına görə, "Bell 212” helikopteri Kançanaburi əyaləti polisinin aviasiya bölməsinə məxsus olub.
Təyyarənin uçuş zamanı texniki problemlərlə üzləşdiyi bildirilir.