Taksi şirkətinin sürücüləri qadın sərnişinlərə təcavüz edib? – ŞOK İDDİA

Taksi şirkətinin sürücüləri qadın sərnişinlərə təcavüz edib? – ŞOK İDDİA
DÜNYA
14:01 15.07.2022
454
ABŞ-da azı 550 qadın "Uber” sürücüləri tərəfindən cinsi istismara məruz qaldıqlarını iddia edərək məhkəməyə müraciət edib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, vəkillər bildiriblər ki, San-Fransisko Ali Məhkəməsində qaldırılan iddia bir çox ştatlardakı qadınların müraciətini əhatə edir.

Müxtəlif ştatlardan olan qadınlar "Uber” sürücüləri tərəfindən qaçırıldıqlarını, cinsi təcavüzə məruz qaldıqlarını, azadlıqlarından məhrum edildiklərini, təqiblərə və ya fiziki zorakılığa məruz qaldıqlarını iddia ediblər.

"Uber”in sözçüsü bildirib ki, şirkətə qarşı 12 iddia qaldırılıb və bunlarla bağlı araşdırma aparılır.

"Təhlükəsizlikdən daha vacib heç nə yoxdur, ona görə də "Uber” yeni təhlükəsizlik xüsusiyyətlərini inkişaf etdirir. Sözügedən iddia barədə şərh verə bilməsək də, təhlükəsizliyi işimizin mərkəzində saxlamağa davam edəcəyik", - açıqlamada deyilir.
 
Aydın
OXŞAR XƏBƏRLƏR