AZXEBER.COM-un Xezerxeber.az-a istinadən xəbərinə görə, Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, taksi sifarişi operatorlarının iştirakı ilə "Digital Finance" layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində iki böyük taksi sifarişi operatorunda yeni rəqəmsal həll tətbiq edilib.
Əlavə olaraq, sürücülərin "Xüsusi hazırlıq şəhadətnaməsi" məlumatlarının paylaşılmasına dair öz "myGov" kabinetləri üzərindən razılıq vermələri tələb olunur.
Qeyd olunan sənədlərin mövcudluğu yaradılmış inteqrasiya əsasında yoxlanılacaq, sözügedən sənəd və icazələri olmayan şəxslər sürücü kimi fəaliyyət göstərə bilməyəcəklər.










































