Türkiyənin Bursa şəhərində əxlaqsızlıq yuvasına basqın zamanı maraqlı faktların üsdü açılıb.
AZXEBER.COM HaberGlobal-a istinadən xəbər verir ki, Bursada aparılan əməliyyat nəticəsində 15 şübhəli tutularaq, polisə təhvil verilib.
Əməliyyat sonrasında qurtulan qadınlardan birinin sorğuda verdiyi cavab hər kəsi şoka salıb.
N.D adlı qadın 1 ildir evli olduğunu və əri tərəfindən fahişəlik etməyə zorlandığını deyib. Hətta o kişilərlə görüşə gedərkən onu həyat yoldaşının apardığını və pul qarşılığında onu satdığını bildirib.
Taksi sürücülüyü edən E. D dərhal polis tərəfindən saxlanılıb.
İfadə verən qadınlar sırasında olan daha biri də sevgilisi tərəfindən bu işə zorlandığını deyib.
Anası öldükdən sonra yalnız qalan gənc qadın sevgilisi F.D tərəfindən 1 aydır ki fahişəlik etməyə məcbur edildiyini açıqlayıb. Hətta bütün pulunu da sevgilisinin götürdüyünü bildirib