Taksi sürücüsünün onu qaçırdığını anlayan qadın özünü maşından ataraq öldürdü

Taksi sürücüsünün onu qaçırdığını anlayan qadın özünü maşından ataraq öldürdü
DÜNYA
11:50 05.11.2022
594

Oturduğu taksidə qaçırıldığını anlayan gənc qadın maşının pəncərəsindən atılaraq dünyasını dəyişib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Meksikada taksiyə mindikdən sonra sürücü tərəfindən qaçırıldığını anlayan qadın özünü avtomobilin pəncərəsindən aşağı atıb.

Belə ki, Meksikanın paytaxtı Mexiko şəhərində baş verən hadisədə 27 yaşlı Lidia Qabriela adlı qadın bir müddət sonra sürücünün fərqli istiqamətə getdiyini anlayaraq taksidən düşmək istəyib. Taksi sürücüsünün qapıları kilidləyib yoluna davam etməsindən sonra ailəsi ilə telefonla əlaqə saxlayan gənc qadın vəziyyəti izah edərək qaçırıldığını bildirib.

Daha sonra avtomobilin pəncərəsindən çölə uzanan qadın ətrafdakılara səslənərək kömək istəyib. Hadisə şahidləri avtomobil sürətlə getdiyi üçün yaxınlıqda heç kimin qadına kömək edə bilməyəcəyini bildiriblər. Gənc qadın özünü xilas etmək üçün maşının pəncərəsindən atılıb. Səkiyə yıxılan qadının hadisə yerində öldüyü öyrənilib.

Mexiko Baş Prokurorluğu qadının öldürülməsi ilə bağlı istintaq başladıldığını, taksi sürücüsünün tapılması üçün işlərin davam etdiyini açıqlayıb.

Ayşən

 


OXŞAR XƏBƏRLƏR