‘Taksim Təhrir, İstanbul isə Qahirə deyil’

DÜNYA
22:44 08.06.2013
1512

İstanbulun Taksim meydanındakı hadisələri Qahirədəki hadisələrlə müqayisə etmək olmaz. 

Trend-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Almaniyanın xarici işlər naziri Gido Vestervelle ''Welt am Sonntag'' qəzetinə açıqlamasında deyib.

XİN rəhbəri bildirib: "Taksim Təhrir, İstanbul isə Qahirə deyil".

Vestervelle Türkiyənin demokratik bir ölkə olduğunu qeyd edib: "Və buna uyğun olaraq, siyasi məqsədlər üçün küçələrə axışan, özünə güvənən, cəsur bir camaat var".

O, Baş nazir Rəcəb Tayyib Ərdoğanın vəziyyəti sakitləşdirmək üçün xüsusi məsuliyyət daşıdığını bildirib.

OXŞAR XƏBƏRLƏR