Taksimdə vəziyyət yenidən gərginləşdi - FOTOLAR

DÜNYA
12:54 11.06.2013
1365
Taksim meydanında vəziyyət səngimək bilmir.AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bir qrup şəxslərin müdaxiləsi, vəziyyəti daha da gərginləşdirir.Belə ki, bu gün səhər saatlarında Taksim Meydanında üzü maskalı insanlar diqqət çəkiblər. Maskalılar əvvəlcə molotof kokteyli və digər partlayıcı maddələr ataraq meydanda gərginlik yaradıblar.Şəkillərdən də göründüyü kimi üzü maskalı təxribatçıların köynəklərinin altında silah gizlədilib. İndi polislər bir sual-cavab axtarır. Bu təxribatçılar kimdir və onlar kimin müdaxiləsi ilə meydanda gərginlik yaradırlar?Faktla bağlı araşdırma aparırılır.Fatimə İbrahimova

OXŞAR XƏBƏRLƏR