Türkiyənin İstanbul şəhərində Gəzi parkının açılmasına baxmayaraq, etiraz aksiyaları davam edir. "Taksim Dayanışması»"adlı qrupun üzvləri Gəzi parkına gələrək, dünənki aksiyada saxlanılanların azad edilməsini tələb ediblər. Qrup üzvləri Gəzi parkında "Bu hələ başlanğıcdır, mübarizəyə davam" kimi şüarlar səsləndirərək, parkı gəziblər. Onlar parkda sökülmüş ağacların yerinə əkilməməsindən dolayı narazılıqlarını bildiriblər."Qanuni olmayan tədbirlərə davam edirlər. Sökdükləri ağacları yerinə əkməyiblər. Oranı piyadalar üçün səki vəziyyətinə gətirməyə davam edirlər. Törətdikləri qəbahətə davam edirlər. Məhkəmənin qərar verdiyi tarix 6 iyun, qüvvəyə mindiyi tarix 18 iyundur. İyulun 3-də isə qərara dair açıqlama vermişik. Vali Mutlu yalan danışır. İstanbul 1-ci İdarə Məhkəməsinin qərarının Taksim Gəzi parkına aid olmadığını deyir. Yalan deyir." - deyə, "Taksim Dayanışması" qrupunun üzvü Can Atalay bildirib.