Talaçay çayından sel keçir

Talaçay çayından sel keçir
SOSİAL
11:21 15.06.2025
626
Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, avtomat hidroloji stansiyaların iyunun 15-i saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.

Yağan yağışlar nəticəsində Zaqatala rayonu ərazisindən axan Talaçay çayından sel keçir.

Böyük Qafqaz ərazisindən axan Əyriçayda 69 sm, Katexçayda 24 sm, Qudiyalçayda 4 sm, Kiçik Qafqaz ərazisindən axan Əsrikçayda 16 sm, Zəyəmçayda 3 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Quruçayda 5 sm, Oxçuçay və Bərgüşadçayda 2 sm artım qeydə alınıb.

Transsərhəd çay olan Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 12 sm artıb, su sərfi 132 m3/san olmaqla normanın 78%-ni təşkil edir.
OXŞAR XƏBƏRLƏR