"Taliban” tezliklə Əfqanıstan İslam Respublikası əvəzinə Əfqanıstan İslam Əmirliyini elan edəcəyini bəyan edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə "Taliban” rəsmiləri məlumat yayıb.
Ötən gün Əfqanıstanda 34 əyalətdən 31-ni ələ keçirən "Taliban” terror təşkilatı paytaxt Kabildə Prezident Sarayını ələ keçirdiklərini açıqlamışdı.
Qeyd edək ki, "Taliban” rəsmisi verdiyi son açıqlamada təşkilatın Prezident Sarayında Əfqanıstan İslam Respublikası yerinə Əfqanıstan İslam Əmirliyini yaradacağını bəyan edib.
Mikayıl