“Çoxları da keçəcəyimizə inanmırdı, biz böyük bir komandanı, böyük tarixə malik bir klubu yolumuzdan kənarlaşdırdıq”.
AZXEBER.COM xəbər verir ki, UEFA Avropa Liqasının pley-of mərhələsinin cavab qarşılaşmasında səfərdə Yunanıstanın “Panatinaikos” klubu ilə qarşılaşan “Qəbələ” əldə etdiyi məhsuldar heç-heçə sayəsində mərhələni keçərək qruplarda oynamağa haqq qazanıb.Matçdan sonra klubun prezidenti Tale Heydərov apasport.az saytına açıqlama verib. O bildirib ki, 4 mərhələ keçmək və qrupa düşmək Qəbələ futbolu üçün ilk idi:“Mən şadam ki, bu gün həm “Qarabağ” – bizim digər təmsilçimiz, həm də biz uğurlu çıxış elədik və qrupa düşdük.Hisslərimi, sevincimi ifadə eləməkdə çətinlik çəkirəm, böyük nailiyyətdir, böyük qələbədir. Çoxları da keçəcəyimizə inanmırdı, biz böyük bir komandanı, böyük tarixə malik bir klubu yolumuzdan kənarlaşdırdıq. Üstəlik, biz buna öz meydanımızda deyil, səfər matçında nail olduq”.Klub prezidenti qrup mərhələsi haqqında danışaraq qeyd edib ki, qrupda zəif komanda yoxdur:“Əgər qrupa qədər yüksələ bilmişiksə, əlimizdən gələni edəcəyik ki, gözəl çıxış edək. Siz bilirsiniz ki, Bizdən qat-qat güclü komandalar iştirak edəcək. Ən əsası odu ki, biz klubumuzu və ölkəmizi layiqincə təmsil edək. İnanıram ki, yaxşı nəticələr göstərəcəyik”.Sonda klubun baş məşqçisi Roman Qriqorçukun yeni və çox səs-küy yaradacaq bir transfer edəcəyinə də münasibət bildirən Tale Heydərov deyib ki, “bu onun qərarıdı və əgər belədisə biz artıq onun istədiyi oyunçuları axtarmağa başlamalıyıq”.Xatırladaq ki, “Qəbələ” klubu Afinada Panatinaykos klubu ulə qarşılaşmada 2:2 hesabı ilə heç-heçə edərək, tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.