TALEHin terror BAĞIRan üzü - O əslində kimə xidmət edir? - (ŞOK FAKTLAR)

TALEHin terror BAĞIRan üzü - O əslində kimə xidmət edir? -  (ŞOK FAKTLAR)
SİYASƏT
15:50 04.08.2016
2887

Və ya o əslində kimdir!?

Tarix 1828. Soyuq fevral ayının ilk günləri. Mirzə Əbdül Həsən xan və İvan Paskeviç çöldə insanın iliyinə kimi işləyən soyuq havaya məhəl qoymadan göz qamaşdıran zalda üz-üzə əyləşib biri-birilərinə tərif yağdırırlar. Salondakı səssizlik gülüş səsləri ilə çınlayır. Xanın və Rus generalının köməkçiləri böyük bir ziyafətdən öncə son dəfə müqaviləyə göz yetirirlər. Hər kəs bir neçə saat sonra yeni bir tarixin başlanğıcının yazılmasının sevincini yaşayır. Yalnız bir nəfərdən başqa. O bütün baş verənlərin fonunda öz cılızlığını və acizliyini bütün varlığı ilə hiss edir. O millətini məğlubiyyət masasında təmsil edən son sərkərdə- Bakıxanov idi.

("Türkmənçay" müqaviləsinin imzalandığı salon)

...və“Türkmənçay” müqaviləsi bağlandı. Xan öz imzasını, general da öz imzasını vərəqin sonuna atdılar.Vətən iki hissəyə o gün bölündü.

Qırıcı təyyarənin təmkinli pilotu

Tarix 2016. Tomas Şellinqin "pressinq" nəzəriyyəsi strateji savaşlarda əvəzolunmaz taktika hesab edilir. Şellinq deyir ki, beyninizə iki düşmən qırıcı təyyarə gətirin. Onlar göydə bir-birilərini məhv etmək üçün bütün həyatlarını təhlükə altına atırlar. Hər ikisi ikisindən birinin sonda sağ qalacağını bilir. Amma kim? Şellinqin fikrincə, bu sualın cavabı budur: kim daha yaxşıdırsa və az səhvə yol verirsə. Bəs yaxşı kimdir daha yaxşı? Şelliq son cavabı verir: kimin səbri və əsəbləri daha güclüdürsə o.

İlham Əliyev məhz o liderlərdəndir ki, öz soyuqqanlılığı və yüksək intellekti ilə Azərbaycanı danışıqlar masasındaən güclü tərəfə çevirməyə nail olub. Deməli, təyyarənin bir pilotu daha səbirli və ağıllıdır. Şelliq də məhz bunu nəzərdə tuturdu. Sarkisyandan fərqli olaraq İlham Əliyevin qətiyyətini bu cümləylə ifadə etmək olar:“Əgər kimsə hesab edir ki, Azərbaycana ultimatum dili ilə, yaxud da diktə dili ilə nə isə deyə bilər, səhv edir”.

“Bir az daha Azərbaycandan qoy mənim qabıma”

Azərbaycan hər zaman dünyada multikulturalizmin və tolerantlığın ən uğurlu modellərindən birinin bərqərar olduğu diyar sayılıb. Zarafat deyil, qos-qocaman dövlətlərin din siyasətinə bir baxaq. Yaxın Şərqin üzərindəki qan qaysaq bağlayıb. Hər dəfəsində qanayır və yenidən qanayır. Bəs səbəb nədir? Uğursuz din siyasəti, dini dövlətin yaranmasına zəmin yaradılması, dövlətlə dinin iç-içə olması və son mənzərə də terror, qan və ölümlər.

İndi isə Yaxın Şərqi, müsəlman ölkələrini məhvə aparan “ssenarilərin” Azərbaycana transformasiyasının artıq yeni mərhələsi başlayıb. XXI əsr fövqəlgüclərinin hazırladıqları və uğurla həyata keçirdikləri yeni “dünya düzəni” projesində Azərbaycan kimi ölkələrin müqəddəratı konkret müəyyənləşib: münaqişə ocağına çevrilməli, vassal olmalı, təbii sərvətləri talanmalı, əhalisi bir qarın çörəyə möhtac, ucuz işçi qüvvəsi kimi istismar edilməlidir. Proses tam gücü ilə gedir.

“Bir az daha Azərbaycandan qoy mənim qabıma” deyir o qüvvələr. Bunun üçünsə öz “qaşıq”larını Azərbaycana batırıb gözləyirlər. Zamanı gələndə o qaşıqlarla Azərbaycandan bir tikə alıb qabına çəkmək üçün. Yenidən “Türkmənçay”dakı kimi olmasını istəyirlər. Amma bu dəfə daha fərqli. Bu dəfə Azərbaycanı da radikallaşdırıb terror yuvasına çevirmək və ona hökm etmək üçün. Bəs kimdir onlar?

Nardaran olayının taley(h)i – Kod adı: Bağırzadə

Onlardan elə birincisinin adını çəkmək üçün çox da düşünməyə ehtiyac yoxdur. Bu Nardaran olaylarının səbəbkarı Taleh Bağırzadədən başqası deyil. Gözümüzün önünə bir anlığa Nardaranı gətirək. Kəndin girişi, məscidin yanı və kəndin mərkəzi. Nə görürük? Qara bayraqlar, İran şüarları, şəriət qanunlarının yazıldığı divarlar və cinayətkarların ən çox gizləndiyi bir məkan. Və dinlə məşğul olduğunu iddia edən,əslində isə Azərbaycanda dövlət çevrişi hazırlamağa çalışan “Müsəlman Birliyi Hərəkatı” adlı bir örgüt. Ögütün başında isə Xameyninin əlinin öpən və ona səcdə edən Taleh Bağırzadə dayanır.

Bəs kimdir Taleh Bağırzadə?

Onun cəmi 31 yaşı olsa da, artıq “zəngin” bioqrafiya sahibidir. Bu gün özünü “ən böyük nardaranlı” elan etsə də, əslən İsmayıllının Lahıc kəndindəndir. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Burada təhsil aldığı dövrdə, yəni 2005-ci ildə İranın məlum və məşhur Qum şəhərindəki Höccətiyyə Hövzəsində ruhani təhsili də alıb. Maraqlı, düşündürücü və nəticə çıxarılası məqam budur ki, 2007-ci ilədək İqtisad Universitetində onunla “humanistcəsinə” davranılıb, xarici ölkədə əla və təhsil almasına şərait yaradılıb. Xüsusi xidmət orqanlarının istintaqını apardığı və həcmi az qala bir mərtəbəni tutan cinayət işlərində adı qırmızı xətləkeçən Qum “verbovka” mərkəzində eyni vaxtda Azərbaycanda da təhsil alan bir tələbənin hansı “biliklərə” sahiblənməsinin məsuliyyəti isə həm də sayıqlığını itirmiş təhlükəsizlik strukturlarına aiddir!

Talehin 2010-cu ildə növbəti hazırlıq mərkəzi isə Qum kəşfiyyatının İraqdakı rezidenturası olan Nəcəf Elmiyyə Hövzəsi olur. Lakin burada “təhsilini” növbəti il yarımçıq kəsərək təcili Bakıya dönür və dərhal da Təhsil Nazirliyinin qarşısındakı iğtişaşda baş rollardan birinin ifaçısı kimi peyda olur. “İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlər də fəal iştirak etmə” ittihamı ilə ilyarımlıq məhbəs islahına göndərilir.

Lakin islahı kifayət etmədiyindən azadlığa çıxdıqdan cəmi 4 ay sonra - 2013-cü ilin martında yenidən həbsə düşür. Bu dəfə isə ittihamı Qum müdavimlərinin sevimli məşğuliyyəti ilə bağlı olur (Rəsmi təsnifatı belədir: “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri vəya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama”).

Dövləti xəyanətkar adlandıran “dindar”

Nardaran hadisələrinin əsas səbəbkarı olan Bağırzadə ötən gün yenidən məhkəmə qarşısına çıxarılıb. Peşmançılıq və üzrxahlıq üçün qalan bir barmaqlıq vicdan yerini son çıxışı ilə heçə sayır və yenidən suçu dövlətin üstünə atır. Sən demə Azərbaycan hökumətinin Nardaran hadisələri ilə bağlı öncədən xüsusi planı varmış, və sən demə bu planın mərkəzindədə Taleh Bağırzadə dayanırmış.

Bəs həqiqət nədir? Türkmənçay müqaviləsindən başlayan “parçala və hökm sür” siyasətini ortaya atan İranın adamı olmaq və əl öpdüyü ağasının tapşırıqlarını yerinə yetirmək nə vaxtdan dövlətsevərlik olub? Sizcə, dünyada kimlər din adı altında bir əlində“Quranı-Kərim” digər əlində hakimiyyətin açarını tutub çeviriş etmək üçün can atırlar? Yalnız xainlər, yalnız terrorçular və yalnız xalqı xalqa qırdırmaq istəyənlər xarici kəşfiyyatçılar və onların həmin ərazilərdəki adamları.

Taleh Bağırzadənin “Müsəlman hərəkatı” adlandıran örgütünün fəaliyyəti də onların məqsədləri də artıq faş edilib. Onun “biraz daha Azərbaycandan mənim qabıma qoy” deyənlərin qaşığı olduğunu artıq hər kəs bildi. Artıq hər kəs onu da bildi ki, daha Türkmənçay müqaviləsi olmayacaq, daha Azərbaycan bölünməyəcək, daha Azərbaycanı qan gölünə çevirəbilməyəcəklər. Çünki bu qırıcı təyyarənin pilotu təkcə səhvə yol verməməklə deyil, həm də səbri və əsəbləri daha güclü liderdir.

AZXEBER.COM

Analitik Qrup

OXŞAR XƏBƏRLƏR