"Taliban": ABŞ qoşunlarını mayın 1-dək Əfqanıstandan çıxarmalıdır

"Taliban": ABŞ qoşunlarını mayın 1-dək Əfqanıstandan çıxarmalıdır
DÜNYA
19:57 15.04.2021
643
"Taliban" hərəkatı ABŞ-dan hərbçilərini Əfqanıstandan mayın 1-dək çıxarmasını tələb edib.

Məlumatı "RİA Novosti” yayıb.

"Taliban” ABŞ-ın qoşunlarını Əfqanıstandan çıxarmasını gecikdirdiyini bildirib. Hərəkat iddia edib ki, rəsmi Vaşinqton Qətərin Doha şəhərində əldə edilən ikitərəfli razılaşmanı pozub və mayın 1-dək qoşunlarını Əfqanıstandan çıxarmalıdır.

Xatırladaq ki, ABŞ prezidenti Cozef Bayden hərbçilərini Əfqanıstandan mayda çıxarmaqla 2021-ci il sentyabrın 11-dək başa çatdıracaqlarını bildirib.
 
///Report
OXŞAR XƏBƏRLƏR