"Taliban" Almaniyanı əməkdaşlığa çağırdı - "Bizə yardım edin!"

"Taliban" Almaniyanı əməkdaşlığa çağırdı - "Bizə yardım edin!"
DÜNYA
12:33 07.09.2021
670

"Almaniya ilə güclü və rəsmi diplomatik əlaqələr istəyirik".

AZXEBER.COM xəbər verir ki, bunu "Taliban" sözçüsü Zabihullah Mücahid deyib. "Taliban” sözçüsü Almaniya ilə diplomatik əlaqələr qurmaq istədiklərini və almanların Əfqanıstanda hər zaman xoş qarşılandığını söyləyib. "Taliban"ın maliyyə və humanitar yardım istədiyini ifadə edən Mücahid Berlin ilə səhiyyə, iqtisadiyyat və təhsil sahələrində əməkdaşlıq etmək istədiklərini də əlavə edib.

Qeyd edək ki, AlmaniyanınXarici İşlər Nazirliyi "Taliban”ın təklifi ilə bağlı öz münasibətini bildirib. Açıqlamada Əfqanıstanda təhlükəsizlik məsələləri həll olunduqdan sonra Almaniyanın bu ölkədə səfirlik aça biləcəyi istisna edilməyib.

Mikayıl Mirzəzadə

OXŞAR XƏBƏRLƏR