"Taliban" Əfqanıstanda interneti kəsdi

"Taliban" Əfqanıstanda interneti kəsdi
DÜNYA
04:22 18.09.2025
245
"Taliban" hərəkatının lideri Heybətulla Axundzadə Əfqanıstanın Bəlx əyalətində "əxlaqsızlığın qarşısını almaq üçün" fiber-optik interneti qadağan edib.

Bu barədə "Associated Press" agentliyi vilayət hökumətinin nümayəndəsi Hacı Attaulla Zaidə istinadən məlumat verib.

Məhdudiyyətlər nəticəsində Bəlxdə dövlət qurumları, özəl sektor və yaşayış evləri "Wi-Fi"dan məhrum olub. Hazırda əyalətdə yalnız mobil şəbəkələr işləyirlər.

Nümayəndə qeyd edib ki, ölkədə ehtiyacları qarşılamaq üçün alternativ şəbəkə qurulacaq. Bununla belə, o, məhdudiyyətlərin digər əyalətlərə şamil edilib-edilməyəcəyini dəqiqləşdirməyib.

Londonda yerləşən "Afganistan International" nəşri bildirib ki, Bəlxdən başqa Qəndəhar, Uruzqan, Hilmand və Nimroz əyalətlərində də internet xidməti kəsilib.
 
/Oxu.az
OXŞAR XƏBƏRLƏR