"Taliban" Əfqanıstanın yarısına nəzarət etdiyini iddia edir

"Taliban" Əfqanıstanın yarısına nəzarət etdiyini iddia edir
DÜNYA
19:19 07.07.2021
1327
"Taliban” terror qruplaşması Əfqanıstan ərazisinin yarısına nəzarət etdiyini bildirib.

Bunu jurnalistlərə "Taliban”ın Qətərdəki ofisinin nümayəndəsi Süheyl Şahin bildiririb.

Onun sözlərinə görə, son həftə ərzində Əfqanıstanın 398 rayonundan 162-sinə nəzarəti ələ keçiriblər. Qruplaşmadan bildirilib ki, ən çox Bədəxşan əyalətinin rayonlarına nəzarət edirlər. Məlumata görə, əyalətin 23 rayonu, o cümlədən Vakxan onların nəzarəti altındadır. Bu əyalət Tacikistanla sərhəddə yerləşir. İki ölkə arasında sərhədin uzunluğu 910 km-dir.

Əfqanıstan Müdafiə Nazirliyi isə bildirib ki, qurplaşmanın mövqelərinə endirdikləri hava zərbələri nəticəsində 261 taliban silahlısı ölüb, 200-dən çoxu yaralanıb.

Qeyd edək ki, iyulun 7-də Əfqanıstan hakimiyyətinin nümayəndələri ilə "Taliban” təmsilçiləri arasında danışıqlar başlayıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR