"Taliban"a bağlı qüvvələr Əfqanıstanın paytaxtı Kabilə 50 km qədər yaxınlaşıb. Paytaxt Kabilin işğalı an məsələsidir".
AZXEBER.COM xəbər verir ki, bu haqda Almaniyanın nüfuzlu "Deutsche Welle" nəşri məlumat yayıb.
Nəşrin iddiasına görə, Əfqanıstanın I Vitse-prezidentinin müavini Əmrullah Salehin Tacikistana qaçıb.
Rusiya prezidenti Vladimir Putinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov isə bildirib ki, yaxın gələcəkdə Kabilin "Taliban" tərəfindən ələ keçirilmə ehtimalı yoxdur.