“Taliban” Kabil aeroportuna gedən yolu bağladı

“Taliban” Kabil aeroportuna gedən yolu bağladı
DÜNYA
17:54 24.08.2021
1172
Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban” qruplaşması Həmid Karzay Beynəlxalq Hava Limanına gedən yolu bağlayıb.

Bu barədə Kabildə keçirilən mətbuat konfransında "Taliban”ın nümayəndəsi Zəbiullah Mücahid məlumat verib.

"Biz aeroporta gedən yolu bağlamışıq və oraya yalnız xarici ölkələrin vətəndaşlarını buraxırıq”, - o qeyd edib.

Z.Mücahidin sözlərinə görə, avqustun 31-dən sonra təxliyə işləri qadağan ediləcək.
 
///Report
OXŞAR XƏBƏRLƏR